Şriftin ölçüsü :

Saytın rəngi :

Aran kəndində hesabat yığıncağı keçirilib

29 yanvar 2020 | 11:00

22 yanvar 2020-ci ildə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Aran kənd inzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Məzahir Əmirahovun “2019-cu ilin sosial-iqtisadi inkişafının  yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə” hesabatı dinlənilmişdir. Hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, icra hakimiyyətinin məsul işçiləri, aidiyyatı müəssisə, idarə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər.
    Hesabatda rayon icra hakimiyyəti başçısının Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov möhtərəm Prezidentimiz cənab İlham Əliyhevin apardığı daxili və xarici siyasətin uğurlarından, Azərbaycanın dünya məkanında qabaqcıl və sürətlə inkişaf etmiş ölkələr sırasında tutduğu möhkəm roldan danışmışdır. Ötən il Prezidentin uğurlu siyasəti nəticəsində əməkhaqqı, təqaütlərin artırılması, vətəndaşların rifah halının, güzəranının daha da yüksəldilməsinə yönəldilən geniş islahatlardan danışan M.Əmirahov, bu siyasət nəticəsində Azərbaycanın daha da çiçəklənərək gözəl bir diyara çevrildiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, Aran kəndinin ərazisi 1491 hektar, əhalisi isə 2122 nəfərdir. 78 hektar bələdiyyə torpağı, 968 hektar pay torpağı, 456 təsərrüfatı, 377 ev təsərrüfatı olan nümayəndəlik ərazisində bir tam orta məktəb, bir ümumi orta məktəb, bir ibtidai məktəb, bir kənd xəstəxanası, bir tibb məntəqəsi, EATS, üç uşaq baxçası, poçt filialı, kənd klubu və 13 ictimai inşa obyekti var.
    2019-cu ildə nümayəndəlik ərazisində xeyli işlər görülüb. Belə ki, ötən il ərazidə 220 hektar taxıl, 112 hektar arpa, 80 hektar xəşil əkilmişdir. Sahələrdən hər hektardan 50,9 sentner olmaqla 1119 ton buğda, hər hektardan 37,2 sentner, yəni 414 ton arpa əldə olunmuşdur. Keçən il 118 hektar sahədə pambıq əkilmiş, hər hektardan 26,0 sentner olmaqla 306,0 ton “ağ qızıl” əldə edilmişdir. Ərazidə ötən il 25 qutu barama saxlanılaraq, 1044 kiloqram barama təhvil verilmişdir ki, bu da hər qutudan 41,8 kiloqram məhsul deməkdir.
    Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov kənddə abadlıq-quruculuq işlərinin 2020-ci ildə geniş vüsət alacağını və kənd təsərrüfatı sahəsində daha böyük uğurlar qazanacaqlarına söz verdi.
     Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Allahverdi Hüseynov gündəlikdə duran məsələlərin, 2019-cu il ərzində vətəndaşların nümayəndəliyə daxil olmuş təklif, ərizə və şikayətləriniə baxılmasının vəziyyəti barədə məlumat verdi. Bildirdi ki, hesabat dövründə kənd sakinlərindən Prezident Aparatına 5, digər yuxarı təşkilatlara 17, yerli orqanlara yazılı 11, şifahi 168 müraciət daxil olub. Nümayəndəliyə daxil olmuş müraciətlərin bir çoxu vaxtında öz həllini tapmışdır.
    Aran kənd bələdiyyəsinin sədri Çiçək Şirəliyeva ərazidə bələdiyyə üzvlərinin abadlıq və quruculuq, eləcə də kənd təsərrüfatı işlərinin təşkilində fəal iştirak etdiklərini dilə gətirdi. Qeyd etdi ki, bundan sonra da onlar kənd sakinlərinin sosial ehtiyaclarının təmin olunmasında əllərindən gələni əsirgəməyəcəklər.
    Hesabat yığıncağında kənd sakinləri tərəfindən irəli sürülmüş təklif, rəy və iradlarla əlaqədar Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müvafiq təşkilatlara öz lazımi tapşırıq və göstərişlərini verdi.

 

Keçidlər