Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul Aran kəndi

29 yanvar 2020 | 11:00

29 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Aran kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda Aran kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
      Səyyar qəbulda çıxış edən icra başçısı R. Hüseynov ölkədə gedən genişmiqyaslı quruculuq işlərindən, həyata keçirilən önəmli islahatlardan və Azərbaycan ordusunun qüdrətindən ətraflı danışmışdır.
       Milli məclisə fevral ayının 9-da keçiriləcək növbədənkənar seçkilərin mütəşəkkil və şəffaf keçməsi üçün rayon rəhbəri seçicilərin üzərinə düşən mühüm vəzifələri xüsusi ilə vurğulamışdır.
       Rayonumuzda gəlirli və qiymətli sahə olan pambıqçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın artırılması üçün icra başçısı Rafil Hüseynov öz dəyərli və vacib tövsiyələrini söyləmişdir.
      Təhsil sahəsinə toxunan rayon rəhbəri Aran kəndində fəaliyyət göstərən məktəblərin olduqca aşağı göstəricilər göstərdiklərini deyərək, bildirmişdir ki, son 14 ildə Aran kənd 1 saylı tam orta məktəbini bitirən 269 məzundan cəmi 56-sı ali məktəbə qəbul olub. Bu da cəmi 20,8 faiz deməkdir. İcra başçısı kənddə təhsilin yüksəldilməsi və müasir tələblər səviyyəsində qurulması üçün öz dəyərli məsləhətlərini vermişdir.
        Səyyar qəbulda çıxış edən kənd sakinlərindən Elxan Xudayarov, Vaqif Həsənov, Səlim Alıyev, Vidadi Ağayev, Qəmər Vəliyeva və digərləri kənddə içməli su və suvarma artezianının vurulmasına, eləcə də kənd ərazisində mövcud olan 1 suvarma nasosunun su borularının təmiri və yenidən bərpasına ehtiyac olduğunu nəzərə çatdırdılar. Rayon icra hakimiyyətinin başçısı R. Hüseynov qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar idarə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlarını verdi. Qaldırılan məsələlərin bir çoxu yerindəcə öz həlli tapdı.

 

 

Keçidlər