Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkaşlarının şəhər məktəblərində təşkil etdiyi məruzələr davam edir.

21 yanvar 2020 | 11:00

   “20 Yanvar – Ümumxalq Hüzn günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ağcabədi rayon ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.
     21 yanvar 2020-ci il tarixdə Mərkəzin əməkdaşı Rövşanə Əliyeva M. Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə “20 Yanvar – Qan yaddaşımız” adlı məruzə ilə çıxış edib. 20 Yanvar faciəsindən ətraflı bəhs edən məruzəçi bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olaraq müstəqil dövlət yaratmaq və öz azadlığını əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.  Keçmiş Sovet İttifaqının qoşun hissələri, fövqəladə vəziyyət elan edilmədən Azərbaycan ərazisinə yeridilib və dinc əhaliyə qarşı kütləvi qətllər və misli olmayan qəddarlıqla müşayiət olunan xüsusi hərbi əməliyyat həyata keçirib. Nəticədə, Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.
    Azərbaycanın informasiya blokadasına alındığı bir zamanda, Moskvada yaşayan ulu öndər Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq xalqın səsini dünyaya çatdırdığını, Sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdiyini vurğulayan məruzəçi, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi və faciənin günahkarlarının müəyyən edilərək ictimaiyyətə açıqlanmasının da məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
     Sonda məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər səsləndirildi.

Keçidlər