Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Telekommunikasiya Qovşağında 16 yanvar 2020-ci il tarixdə 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş tədbir keçirib.

18 yanvar 2020 | 11:00

    Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə açılış çıxışı edən Ağcabədi rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsini icra edən Elməddin Mamedov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni təcavüzkarları ilə birgə Azərbaycan xalqına qarşı terror aktının həyata keçirdiyini və bu qanlı hadisəyə ilk olaraq münasibətini bildirən şəxsin Ümummilli lider Heydər Əliyev olduğunu bildirmişdir. Eyni zamanda bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman¬lıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Sovet İttifaqında ictimai-siyasi həyatın demokratikləşməsi nəticəsində Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbər¬liyini  ciddi narahat edirdi. Respublikada hakimiyyətsizliyin hökmü, özbaşınalıq, ermənilərin azərbaycanlılara qarşı Dağlıq Qarabağda təcavüzkarlığı, milli müstəqillik yolunu tutmuş xalqın üsyanları Moskvanın öz planlarını həyata keçirmək üçün şərait yaratdı. 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi. Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir.
    Sonra çıxış üçün söz qovşağın əməkdaşları Zeynal Zeyniyev, Rafael Vəliyev, Tofiq Gülmalıyev, Malik Paşayev, Mehman Quliyevə verilmişdir. Onlar da  öz çıxışlarında 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin şərəf salnaməsi olduğunu, vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin hər bir Azərbaycan vətəndaşı üçün əziz olduğunu qeyd etmişlər.

Keçidlər