Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Faciəsinin 22- ci ildönümü münasibəti ilə Ağcabədi şəhəri Ş. Hüseynov adına 2 saylı tam orta məktəbində tədbir keçirilmişdir.

27 fevral 2014 | 11:00

 26 fevral  2014-cü il tarixdə  Ağcabədi şəhəri Ş. Hüseynov adına  2  saylı  tam orta məktəbində 26 Fevral – Xocalı Soyqırımının 22 – ci ildönümü münasibətilə tədbir  keçirilmişdir.
   Tədbirdə  ilk olaraq Xocalı Faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra tədbiri Ağcabədi şəhəri 2  saylı  tam orta məktəbin direktoru Tahir Əliyev   açıq elan edərək,   Xocalı Faciəsində erməni mənfurlarının törətdiyi vəhşiliklər barədə  məruzə ilə çıxış etmişdir.
   Daha sonra məruzə ətrafında məktəbin müəllimləri çıxış edərək, o günün dəhşətləri haqqında tədbir iştirakçılarına məlumat verdilər, şəhidlərə Tanrıdan rəhmət dilədilər.
   Tədbirin yekununda məktəbin  şagirdlərinin hazırladıqları ədəbi –bədii kompozisiya tədbir iştirakçılarının diqqətinə çatdırılmişdır.

Keçidlər