Ağcabədi rayon Tarix-Diyarşunaslıq Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
16 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon Tarix-Diyarşunaslıq Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ağcabədi MKS-nin, Ağcabədi Dövlət Rəsm Qalereyasının, Ağcabədi Regional Mədəniyyət İdarəsinin klub və idarə müəsissələrinin əməkdaşları, eləcədə Ağcabədi Uşaq Gənclər İnkişaf mərkəzinin”Bədii Qiraət” dərnəyinin şagirdləri iştirak edirdilər. Əvvəlcə muzeyin dəhlizində Ağcabədi Dövlət Rəsm Qalereyasının və Ağcabədi MKS-nin təşkil etdiyi “20 Yanvar faciəsi” nə həsr olunmuş rəsm və kitab sərgisinə baxış keçirilib. Daha sonra muzeyin akt zalında muzeyin direktoru S.Əliyev tədbiri açıq elan edərək şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tarix-Diyarşunaslıq muzeyinin direktoru S.Əliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadığını deyib. Bildirib ki, həmin gecə Azərbaycan xalqı sınağa çəkilib, oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucalıblar. qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin tərkib hissələrindən biri olduğunu bildirib. İllər ötdükcə baş verən hadisənin mahiyyətinin daha aydın şəkildə nəzərə çarpdığını söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş ittifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb: “Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi”.O diqqətə çatdırıb ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edib, qanlı faciəni pisləyib, günahsız adamların qanlarının axıdılmasını insanlığa qarşı törədilmiş xəyanət adlandırıb: "Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verilib”.Ağcabədi MKS-in direktoru Məhəbbət Vəliyeva,direktor müavini Təranə Məmmədova, Ağcabədi Dövlət Rəsm Qalereyasının fond mühafizi Şəki Əliyeva çıxış edərək bildiriblər ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər və xalqımız əmindir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.Daha sonra “Qanlı Yanvar” adlı sənədli video çarx izlənilib.Sonda Ağcabədi Uşaq Gənclər İnkişafı mərkəzinin şagirdləri çıxışında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib.20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.