Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində “20 Yanvar – Ümumxalq Hüzn günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

17 yanvar 2020 | 11:00

       17 yanvar 2019-cu il tarixdə “20 Yanvar – Ümumxalq Hüzn günü”nün 30-cu ildönümü ilə əlaqədar olaraq Hərbi Hava Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Ağcabədi Regional Mədəniyyət İdarəsi və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı tədbir keçirilmişdir. “N” saylı hərbi hissənin əsgər və zabit heyətinin iştirak etdiyi tədbirdə  öncə “20 Yanvar” faciəsi qurbanlarının və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
      Tədbiri giriş nitqi ilə açan hərbi hissə komandirinin idealoji iş və mənəvi psixoloji təminat üzrə müavini Pərviz Dostəliyev “20 Yanvar” Faciəsi  haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirmişdir. 
      Daha sonra “N” Saylı hərbi hissənin komandiri, Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov, Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət kursu”nun rəhbəri, mədəniyyət işçisi Gündüz Nəcəfov çıxış edərək bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Həmin gün Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Məhz bu əzmin, yenilməz iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi və bu gün müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir.
      Onlar qeyd etdilər ki, 1990-cı ilin yanvarında Bakıdakı hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.
Eləcədə Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.  
     Eyni zamanda natiqlər vurğuladılar ki, “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
     Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin "Həvəskar aktyorluq və bədii qiraət" kursunun üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş "Zəfər gecəmiz" adlı  ədəbi-bədii şeir kompozisiyası ilə çıxış etdilər.

Keçidlər