Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Poçt Filialında 16 yanvar 2020-ci il tarixdə 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş tədbir keçirib

17 yanvar 2020 | 11:00

    Ağcabədi Poçt Filialı işçilərinin, qəsəbə və kənd Poçt rəislərinin iştirak etdiyi tədbiri 20 yanvar Şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra giriş sözü ilə açan Ağcabədi Poçt Filialının rəisi Anar Şirinov çıxış edərək bildirdi ki, 1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə   qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
    Poçt Filialının rəis müavini İsmayıl Əliyev çıxış edərək qeyd etdi ki, 20 Yanvar  hadisəsindən artıq 30 il keçir. Bu illər ərzində görülən işlər göstərdi ki,tökülən qanlar hədər getməyib.Düşmən gülləsi ilə qanı axdılan, lakin xalqımızın əli ilə yarasına qərəfillərlə  məlhəm qoyulan torpaqımızda azadlıq toxumu cücərib göyərdi. Şəhidlər vermiş xalq bu faciədən susmadı. 20 yanvar faciəsindən bu gün 30  il yox ,əsrlər keçsədə onun xalqımıza vurduğu yaralar heç vaxt və heç zaman yaddan çıxmayacaqdır.Düzdür biz şəhid verdik ,amma şəhidlərin qanını yerdə qoymayan qəhrəmanlar yetişdirdik.
    Sonra şəhər-3 saylı poçt şöbəsinin rəisi Məhəmməd Yusibov, Muğanlı PŞ-nin  rəisi Mübariz Əliyev çıxış edərək 20 yanvar Azərbaycan xalqının tarixində sadəcə üzüntü ilə xatırlanacaq gün olmadığını, həm də Şan və Şərəf gününün, mənlik gününün olduğunu qeyd edərək 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror olduğunu bildirdilər. 
    Sonda 20 yanvar şəhidləri sırasında öz canını qurban vermiş həmyerlimiz Faiq Əlizadə yad edilərək Allah bütün şəhidlərimizə rəhmət diləndi.

Keçidlər