Şriftin ölçüsü :

Saytın rəngi :

15 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Sarıcalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Arif Ağayevin “2019-cu ildə görülən işlər, 2020-ci ildə qarşıda duran vəzifələr barədə” hesabatı olmuşdur.

15 yanvar 2020 | 11:00

Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyatı idarə və təşkilat rəhbərləri, həmçinin kənddə olan icra, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət sahələrinin rəhbərləri, və kənd sakinləri iştirak etmişdir.
Hesabat məruzəsi ilə çıxış edən RİHB- nın Sarıcalı kənd inzibati Dairəsi üzrə nümayəndəsi Arif Ağayev hesabat dövrü ərzində görülən işlərdən danışdı. Bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə gedən genişmiqyaslı inkişaf, xüsusi ilə, sosial sahədə həyata keçirilən tədbirlər, əhalinin rifah halının yaxşılaşmasında olan mühüm irəliləyiş, abadlıq quruculuq işləri hər bir Azərbaycan vətəndaşı kimi bizdə də iftixar hissi oyadaraq hər birimizi öz sahəmizdə əzmlə çalışmağa sövq edir. Kənd haqqında ümumi məlumat verən icra nümayəndəsi bildirdi ki, kəndin ərazisi 1120 ha, əhalisi 1805 nəfərdir. Kənddə əhalinin 719 ha pay torpağı və 16 ha bələdiyyə torpağı, 450 ümumi təsərrüfat və 412 ev təsərrüfatı var. Kənddə icra, bələdiyyə strukturu, tam orta məktəb, musiqi məktəbi, kitabxana, klub, kənd sahə xəstəxanası və poşt filialı fəaliyyət göstərir.
Keçən il kənddə 120 ha taxıl, 120 ha arpa, 6 ha tərəvəz, 50 ha çuğundur, 203 ha pambıq və 265 ha yonca əkilmişdir. Son nəticədə 35,5 sentner taxıl, və 26,4 sentner pambıq əldə olunmuşdur. Cari ildə isə 260 ha sahədə taxıl, 230 ha sahədə isə pambıq əkini nəzərdə tutulmuşdur. Bunlarla yanaşı kəndin problemlərindən danışan Arif Ağayev qeyd etmişdir ki,, RİHB-nin İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin, eləcə də kənd xəstəxanasının inzibati binasının olmaması, kəndə qaz xəttinin çəkilməməsi, kəndarası yolların təmir olunmaması kəndin əsas problemlərindəndir. RİHB-nın Kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin müavini Məhəmməd Qasımov bildirdi ki, hesabat dövründə kənddən respublikanın rəhbər orqanlarına 30 müraciət daxil olmuşdur. Nümayəndəliyin özünə isə 15 ədəd yazılı, 120 ədəd şifahi müraciət daxil olmuşdur ki, bununda böyük əksəriyyəti öz həllini tapmışdır.
Məruzə ətrafında çıxış edən kənd sakinləri, kənd tam orta məktəbin direktoru Sevinc Məmmədova, kənd bələdiyyəsi sədrinin müavini Əli Aydınov, kənd musiqi məktəbinin direktoru İlham Məmmədov, həmçinin kənd sakinlərindən Qarabağ müharibəsi əlili Ziya Orucov, Cəmilə Mustafazadə, Novruz Niftalıyev, Fikrət Quliyev və başqaları onları narahat edən məsələlər barədə öz təkliflərini və iradlarını bildirdilər.
Hesabat yığıncağında iştirak edən rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bu gün respublikamızda gedən genişmiqyaslı işlərdən, möhtərəm Prezidentimiz İlham Əliyevin əhalinin sosial həyat səviyyəsinin dahada yaxşılaşdırılması sahəsində gördüyü ardıcıl tədbirlərdən və bu yüksək dövlət qayğısının qarşımızda qoyduğu vəzifələrdən danışdı. Cənab Rafil Hüseynov məruzə və çıxışlarda qaldırılan məsələlərin daim diqqət mərkəzində olacağını qeyd etməklə, onların həlli istiqamətində təxirəsalınmaz işlər görüləcəyini bildirdi.

Keçidlər