Şriftin ölçüsü :

Saytın rəngi :

Tədbir keçirilib

15 yanvar 2020 | 11:00

15 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində İcbari siğortanın tədbiqinə keçidlə bağlı” Əhalinin icbari tibbi siğorta haqqında maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ağcabədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova icbari tibbi siğortanın əhalinin sağlamlığında mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Publik hüquqi şəxsi, baş direktor Fövzü Tahirov rayon xəstəxanasının fəaliyyəti barəsində geniş məlumat vermişdir.
İcbari tibbi siğorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Elvin Abbasov çıxış edərək möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən 01 yanvar 2020-ci ildən etibarən icbari tibbi siğortanın ölkə vətəndaşları üçün önəmli və yararlı olacağını vurğuladı.
Sonra Dövlət siğorta Agentliyinin məsul işçisi Elvin Abbasov icbari tibbi siğorta ilə əlaqədar ona ünvanlanan sualları cavablandırmışdır.

Keçidlər