Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 20 yanvar faciəsinin 30-cu ildönümü günü münasibətilə anım tədbiri keçirmişdir.

14 yanvar 2020 | 11:00

    Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 20 yanvar faciəsinin 30-cu ildönümü günü münasibətilə 13 yanvar 2020-ci il tarixdə anım tədbiri keçirmişdir.
   Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk edildiyi, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyi vurğulanıb.
   Çıxış edənlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz işlərdən də söhbət açılıb.
    Məhz ulu öndərin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdiyini, dahi şəxsiyyətin özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq böyük cəsarət göstərdiyini və 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini tələb etdiyini bildiriblər. Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldığını, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər.
   Bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim yardımlar göstərildiyini diqqətə çatdırıblar.

Keçidlər