Şriftin ölçüsü :

Saytın rəngi :

Müşavirə keçirilmişdir

05 yanvar 2020 | 11:00

4 yanvar 2020-ci il tarixdə rayonun Xocavənd kəndində Salmanbəyli, Xocavənd , Avşar, Aşağı Avşar kəndlərindən olan pambıqçı fermerlərin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başcısı Rafil Hüseynov pambıqçılıqdan geniş və ətraflı danışmışdır. Pambıqçılığın kənd təsərrüffatının  əsas sahələrindən biri olduğunun vurğulayan rayon rəhbəri , bu sahənin önəmli və strateji əhəmiyyətindən söhbət açmışdır.Rayonda pambıqçılığın inkişafı və məhsuldarlığın artırılması yollarından ətraflı danışan icra başçısı R.Hüseynov gələcəkdə də pambıqçılığın ölkə iqtisadiyyatında əsas rollardan birini oynayacağını bildirmişdir.
     Müşavirədə sözügedən kəndlərdə fermerlərin pambıqçılıqda əldə etdikləri nailiyyətlər və göstərdikləri nəticələr haqqqında  məlumat verilmişdir.
    Sonda müşavirə iştirakçılarının suallarını cavablandıran icra başçısı R.Hüseynov rayonda pambıqçılığın inkişafına mane olan problemlərin həlli istiqamətində öz dəyərli məsləhət və tövsüyələrini  vermişdir.

Keçidlər