Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Faciəsinin 22- ci ildönümü münasibəti ilə Ağcabədi şəhəri M.F. Axundov adına 3 saylı məktəb liseydə anım mərasimi keçirilmişdir.

26 fevral 2014 | 11:00

 25 fevral   2014-cü il tarixdə  Ağcabədi şəhəri  Ağcabədi şəhəri M.F. Axundov adına 3  saylı məktəb liseydə 26 Fevral – Xocalı Soyqırımının 22 – ci ildönümü münasibətilə anım mərasimi  keçirilmişdir.
   Tədbirdə  ilk olaraq Xocalı Faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra Ağcabədi şəhəri M.F. Axundov adına 3  saylı məktəb liseyin direktoru Tofiq Zeynalov  açıq elan edərək,   Xocalı Faciəsində erməni mənfurlarının törətdiyi vəhşiliklər barədə   ətraflı məlumat vermişdir.
  Çıxışdan sonra Xocalı faciəsini əks etdirən  video çarx nümayiş olunmuş və məktəbin tarix müəlliməsi Aynur Hüseynovanın məruzəsi dinlənilmişdir.
   Tədbirin yekununda liseyin VII – VIII sinif  şagirdlərin hazırladıqları ədəbi –bədii kompozisiya tədbir iştirakçılarının diqqətinə çatdırılmişdır.

Keçidlər