Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin kollektivi Ağcabədi Günərzi Qayğı Mərkəzini ziyarət etmişdir.
27 dekabr 2019 | 11:00
27 dekabr 2019-cu il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Əsgərli, Gənclər və İdman İdarəsinin kollektivi və bir sıra beynəlxalq yarışların qalibi və mükafatçıları Ağcabədi Günərzi Qayğı Mərkəzini ziyarət etədərək xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirmişdir. Ziyarət zamanı uşaqlara Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı və hədiyyələr təqdim olunub.
Mərkəzdəki uşaqların ifa etdikləri mahnı və şeirlər, rəqslər maraqla qarşılanıb.