Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri C. İbrahimov adına 8 saylı tam orta məktəbində 26 Fevral – Xocalı Soyqırımının 22 – ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

27 fevral 2014 | 11:00

   26 fevral 2012-ci il tarixdə saat 10:00 –da  Ağcabədi şəhəri C.İbrahimov adına 8 saylı tam orta məktəbində  26 Fevral – Xocalı Soyqırımının 22 – ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
  Tədbirdə şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov  məruzə ilə çıxış edərək  fevral ayının 25 – dən   26 –na keçən gecə erməni vəhşilərinin  Xocalı şəhərində  dinc insanlara qarşı törətdiyi vəhşiliklərdən  ətraflı danışdı. Bununla yanaşı Anar Qasımov onu da qeyd etdi ki, tarix boyu ermənilər türkləri özlərinin düşməni hesab etmiş, öz məkrli planlarını həyata keçirmək üçün azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törətmişdir. İnanırıq ki, dünya ictimaiyyəti Xocalıda insanlara qarşı edilmiş terrora biganə qalmayacaq və bu hadisələrin baş verməsində günahkar olan  insan adını daşıyan terroristlər beynəlxalq aləmin qınaq obyektinə çevriləcək və cəzalarını alacaqdırlar.
    Daha sonra  məktəbin şagirdlərin hazırladıqları ədəbi –bədii kompozisiya tədbir iştirakçılarının diqqətinə çatdırıldı.  Ədəbi –bədii kompozisiya ilə birgə  Xocalı faciəsi ilə bağlı  video roliklər nümayiş olundu.
    Tədbirin yekununda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı həqiqətlərini özündə əks etdirən sənədli film  göstərildi və vətənpərvərliklə bağlı şeirlər səsləndirilmişdir.

Keçidlər