Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərbəyli kəndində səyyar qəbul keçirmişdir

25 dekabr 2019 | 11:00

25 dekabr 2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Cəfərbəyli kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda Cəfərbəyli kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
      İcra başçısı Rafil Hüseynov səyyar qəbulda çıxış edərək müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan söhbət acid. Görülən social-iqtisadi, abadlıq – quruculuq işlərindən ətraflı danışan icra başçısı Rafil Hüseynov, son vaxtlar ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların əhalinin social-iqtisadi durumunun yüksəlməsi və rifah halının yaxşılaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
      Rayon rəhbəri ölkə vətəndaşlarının yaşayış tərzinin daha da yaxşılaşdırılması üçün respublikamızda tikilən yeni çoxsaylı məktəb, xəstəxana binalarından, kanalizasiya xəttinin çəkilməsindən ətraflı söhbət açaraq, gündən-günə güclənən Azərbaycan ordusunun qüdrətini xüsusilə vurğuladı.
     Təhsil sahəsinə toxunan icra başçısı Rafil Hüseynov bu sahədə görülməli işlərdən, eləcə də valideynlərin məktəb və müəllimlərlə sıx təmasda olmalarının vacibliyini nəzərə çatdırdı.
     Səyyar qəbulda çıxış edən Cəfərbəyli kənd sakinlərindən Tofiq Əliyev, Allahverdi Mehdiyev, Eldar Quliyev, Ədil Əliyev, Sahib Abbasov, Vüsal Abbasov, Vahid Əliyev pay torpaqlarının suvarılmasında üzləşdikləri çətinliklərdən kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsini xahiş etdilər. Vətəndaşları diqqət və həssaslıqla dinləyən icra başçısı R. Hüseynov qeyd olunan məsələlərin həlli istiqamətində müvafiq təşkilatlara lazımi tapşırıq və tövsüyələrini verdi.

Keçidlər