Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev mərkəzində yeni il tədbiri keçirilib.

24 dekabr 2019 | 11:00

24 dekabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, Ağcabədi Günərzi Qayğı Mərkəzi və Ağcabədi İcma əsaslı reablitasiya mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Günərzi Qayğı Mərkəzinin rəhbəri Gülər Cəfərova , Mədəniyyət işçisi Gündüz Sevindik, və Ağcabədi İcma əsaslı reablitasiya mərkəzinin rəhbəri Əsmər Mahmudova, Gənclərin inkişaf və kariyera mərkəzinin Ağcabədi nümayəndəliyinin rəhbəri Əli Əmədov çıxış edərək Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.
Daha sonra tədbirin bədii hissəsində Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun üzvlərini və Ağcabədi Günərzi Qayğı Mərkəzinin ifasında bir-birindən gözəl rəqs təqdim olundu. Şaxta baba, qar qız və cizgi film qəhrəmanların qatıldığı tədbirdə Ağcabədi Günərzi Qayğı Mərkəzi və Ağcabədi İcma əsaslı reablitasiya mərkəzi uşaqlarının ifasında şerlər səsləndi. Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət mərkəzinin ”Rəqs” qrupunun və Heydər Əliyev Mərkəzinin həvəskar aktyorluq və bədii qiraət kursunun üzvlərinin ifasında Azərbaycan kompozisiyası nümayiş olundu.
Tədbir iştirakçıları çay süfrəsi arxasında əyləşdilər. Tədbirin sonunda Ağcabədi RİH tərəfindən balacalara Yeni il hədiyyəsi təqdim olundu.
Əyləncəli dəqiqələr Ağcabədi Günərzi  Qayğı mərkəzində, Ağcabədi Günərzi  Qayğı mərkəzinin valideyn və uşaqlarının  bayram süfrəsi ilə yekunlaşmışdır.

Keçidlər