Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılığın və taxılçılığın mövcud vəziyyəti ,problemlər və onların aradan qaldırılma yolları ilə bağlı AQTA Və EMA şirkətinin təşkilatçılığı ilə seminar-müşavirə keçirilmişdir.

20 dekabr 2019 | 11:00

20 dekabr 2019-cu il tarixində Ağcabədi rayon İcra Hakimiyyətində Pambıqçılığın və taxılçılığın mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılma yollarına həsr olunmuş seminar–müşavirə keçirilmişdir.
      Yerli icra,bələdiyyə və fermerlərin iştirak etdiyi müşavirədə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış edərək pambıqçılıq və taxılçılığın inkişafından,bu sahələrdə məhsuldarlığın artırılması ilə bağlı görüləcək işlərdən söhbət açdı.
      EMA şirkətinin direktoru  Əbdül Abdullayev, EMA sirkətinin satış müdiri Məhməd Manavoğlu,EMA şirkətinin baş aqronomu  Əli Dəğər, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bitki sağlamlığı şöbəsinin böyük məsləhətcisi Şövqi Lələşov,agentliyin aparıcı məsləhətçisi Elnur Rəhimov çıxış edərək,pambıqçılıq və taxılçılıqda məhsuldarlığın artırılması istiqamətində aparılacaq işlərdən,həmçinin yüksək məhsuldarliq əldə etmək üçün kübrələrin verilməsi qaydasından və pestisidlərdən düzgün ,aqrotexniki qaydada istifadə olunması geniş müzakirə olundu.

Keçidlər