Şriftin ölçüsü :

Saytın rəngi :

19 dekabr 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında "Qış möcüzəsi" adlı fotomarafon keçirilmişdir.

20 dekabr 2019 | 11:00

Fotomarafon gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə həyata keçirilmişdir. Fotomarafonda yaşı 14-29 olan həm professional, həm də həvəskar 114 nəfər gənc fotoqraflar iştirak etmişdir. Fotomarafona yalnız mobil telefonla çəkilən fotolar qəbul edilmiş və aşağıdakı mövzuları əhatə etmişdir.
• Mənzərə  • Memarlıq  • Portret  • Atributlar  • Mətbəx  • Yeni il nəfəsi
     Fotomarafon aşağıdakı qaydada keçirilmişdir.
• Öncədən ictimai yerlərdə, KİV-də və sosial şəbəkələrdə fotomarafonun keçirilmə yerini və şərtlərini əks etdirən elan  verilmiş.
• Fotomarafonun START və FİNİSH vaxtları öncədən Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş və rayon Gənclər və İdman İdarəsinə bildirilmişdir.
• Fotomarafonun START-dan öncə 2 gün ərzində Ağcabədi rayon Gənclər və İdaman İdarəsi tərəfindən iştirakçıların qeydiyyatı aparılmış, mövzu seçimi ilə bağlı püşkatma həyata keçirilmiş, hər iştirakçının məlumatları (adı, soyadı,) və seçdiyi mövzu qeyd olunmuşdur.
• Hər iştirakçının yalnız püşkatma zamanı seçilən mövzuda və yalnız bir foto təqdim edəcəyi diqqətə çatdırılmışdır.
• Fotoların toplanılması üçün rayon Gənclər və İdman İdarəsi tərəfindən whatsapp nömrəsi təyin edilmişdir.
• FİNİSH vaxtı elan edildikdən sonra iştirakçılar çəkdikləri fotonu whatsapp vasitəsilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə təqdim etmişdirlər.
• Rayon Gənclər İdman İdarəsi tərəfindən toplanılan fotolar mövzular üzrə qruplaşdırılmış, müəllifi haqqında məlumatlar göstərilməklə elektron formada Gənclər və İdman  Nazirliyinə təqdim olunmuşdur.
• Fotomarafon qaliblərinin seçimi Münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir.
• Fotomarafonda qalib gəlmiş şəxs “2 fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir zamanı qiymətli hədiyyələrə mükafatlandırılacaqdır.

Keçidlər