Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul: Vətəndaşlarla birbaşa ünsiyyət Hacıbədəlli kəndi

18 dekabr 2019 | 11:00

Azərbaycan Prezideti İlham Əliyevin təşəbbüsü ilə respublikanın mərkəzi icra və yerli icra aparatı rəhbərlərinin yerlərdə əhali ilə görüşünün keçirilməsi artıq ənənə halını almışdır. Bu xalqla rəhbərliyin qarşılıqlı dialoqu bir başa ünsiyyətdir.
18-dekabr 2019-cu il tarixdə rayonumuzun Hacıbədəlli kəndində İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun keçirdiyi növbəti səyyar görüş-qəbul da məhz bu məqsədə xidmət edirdi Görüşə toplaşanlar Rafil Hüseynovu Ağcabədiyə icra başçısı təyin olunması münasibəti ilə təbrik etmiş və Hacıbədəlli kəndinə onlarla ilk görüşə gəldiyinə görə minnətdarlıqlarını bildirdilər.
Görüş iştirakçılarına razılığını bildirən hörmətli icra başçısı Hacıbədəlli kəndinə ilk gəlişi olduğuna baxmayaraq kənd haqqında, burada adamların sosial iqtisadi vəziyyəti barədə məlumatlı olduğunu bildirdi. Qeyd etdi ki, sovetlər dönəmində böyük bir kolxozda, kollektiv təsərrüfatda birləşən kənd əməkçiləri müstəqillik əldə olunduqdan sonra bu məcburi əmək koloniyasının buxovlarından azad oldu. Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana ölkə rəhbərliyinə qayıdışı xalqın taleyində yeni, işıqlı bir gələcəyin açılmasına səbəb oldu. Cəbhə hakimiyyəti dövrünün idarəolunmaz hakimiyyətindən maddi-mənəvi, pisixoloji sarsıntılarından xalqın canı qurtardı Torpaq mülkiyyəti milliləşdirilib xalqa verildi. Kənd əməkçisi öz pay torpağının, fərdi təsərrüfatının sahibi oldu.
. Heydər Əliyevin uzaqgörənliyi və rəhbərliyi ilə baş tutan 20 sentyabr “Əsrin müqavilə”si Azərbaycanı iqtisadi tənəzzüldən xilas etdi. İqtisadiyyatın hərtərəfli inkişafı xüsusi ilə neft strategiyasının inkişafı Azərbaycanı yeni, müstəqil dövlət kimi dünya arenasına çıxartdı.
İcra başçısı qeyd etdi ki, ulu öndərimizin başladığı qlobal inkişaf yolu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan dünyanın ən inkişaf etmiş ölkələri ilə bir cərgədədir.
Bir milyona yaxın qaçqın və köçkünümüzün, torpaqlarımızın iyirmi faizə qədər itirilməsi şəraitində Azərbaycanda sabitlik, sosial həyat şəraiti günbəgün artır. Təkcə son cari ildə Respublika Prezidentinin müvafiq sərəncamları ilə həyata keçirilən sosial islahatlardan respublika üzrə 4 milyon 200 mindən çox əhali bəhrələnib. Rayon üzrə isə bu rəqəm 9 min 123 nəfəri əhatə edir.
Cənab Rafil Hüseynov bildirdi ki, dövlətimizin xalqa göstərdiyi böyük diqqət və qayğıdan hər bir Azərbaycan vətəndaşı, eləcə də hər birimiz nəticə çıxartmalı, üzərimizə düşən vəzifələri yüksək tələblər səviyyəsində həyata keçirməliyik. İlk növbədə dövlətimizin qayğısı biri əmək fəaliyyətə, əməksevərliyə sövq etməlidir. Bildiyiniz kimi rayon pambıqçılarımız bu il yüksək qələbə əldə edərək 32 min tondan çox pambıq toplayaraq 25-26 milyon manat gəlir əldə etmişlər. Ağcabədidə pambıqçılığın böyük tarixi var. Ağcabədinin Kəhrizli kəndindən olan, Əhmədbəy Cavanşirin qızı, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım hələ 1913-cü ildə Tiflisdə Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Qarabağda, xüsusi ilə Ağcabədidə pambıqçılığın vəziyyəti barədə rus dilində çıxış edərək bu bölgədə pambıqçılığın inkişaf etdirilməsinin zəruriliyndən danışmışdır. Göründüyü kimi Ağcabədi tarixən pambıqçılığın vətəni olmuşdur. Biz bu ənənəni daha da inkişaf etdirməli, hər bir kənd əməkçisi, fermer pambıq təsərrüfatının artırılmasına fikir verməlidir.
Daha sonra təhsil sahəsinə diqqət çəkən icra başçısı bu işin son dərəcə vacib olduğunu bildirdi. Qeyd etdi ki, təhsilin, məktəbin məqsədi yüksək hazırlıqlı, saf əqidəli, bilikli, vətənpərvər gənclər,-vətəndaşlar yetişdirməkdir. Bu sahədə məktəblə valideyinin qarşılıqlı əlaqəsi, iş birliyi mühüm əhəmiyyət kəsb edir. Ulu öndərin “Təhsil millətin gələcəyidir” müdrik kəlamı hər kəsin həyat deviri olmalıdır.
Hörmətli icra başçısı dərin məzmunlu, ətraflı çıxışından sonra sözü görüş iştirakçılarına - kənd sakinlərinə verdi. Sakinlərdən Mehman Qafarov, Qənbər Əliyev, Qərib Cəlilov, Rəcəb Mustafayev, Eldar Rüstəmov və başqaları çıxış edərək kənddə tam orta məktəbin, uşaq bağçasının və kənd həkim məntəqəsinin əsaslı təmirə, RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, musiqi məktəbi, və poçt şöbəsi üçün inzibati bina tikintisinə, həmçinin su artezianına ehtiyacın olmasını diqqətə çatdırdılar.
İcra başçısı cənab Rafil Hüseynov səsləndirilən təkliflərə diqqətlə yanaşaraq onların həlli istiqamətində müvafiq tapşırıqlarını verdi.

 

Keçidlər