Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı tədbir

18 dekabr 2019 | 11:00

   16 dekabr 2019 – cu il tarixində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün 2019-cu il 23 dekabr  Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir.
   Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov , Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov və 92 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişdir.
  Tədbiri Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə açaraq qeyd etdi ki, Qarşıdan gələn bələdiyyə seçkiləri respublikamız üçün çox əhəmiyyətli hadisədir. Hər birimiz bu prosesdə fəal şəkildə iştirak etməliyik. Şəffaf seçkilər ölkəmizdə demokratiyanın göstəricisidir. Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir.18 yaşına çatmış hər bir gənc seçki hüququndan istifadə etməklə ölkəmizdə gedən  ictimai-siyasi proseslərdə  fəal iştirak etmək imkanı əldə edir. Eldəniz Qənbərov çıxışında gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş sürətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibliyini eləcədə hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiq etməli olduğunu vurğuladı.
   Daha sonra çıxış edən natiqlər seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı danışdılar. Bildirildi ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunub. Seçkinin vacib məslə olduğunu bir daha vurğulayan qonaqlar, seçki günü bütün gəncləri seçkidə iştirak etməyə dəvət etdilər.

Keçidlər