Xocalı Faciəsinin 22- ci ildönümü münasibəti ilə Ağcabədi şəhəri 4 saylı tam orta məktəbində “ Xocalı – qan yaddaşımızdır “ adlı tədbir keçirilmişdir.
25 fevral 2014-cü il tarixdə Ağcabədi şəhəri S. Vurğun adına 4 saylı tam orta məktəbində 26 Fevral – Xocalı Soyqırımının 22 – ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhər 4 saylı tam orta məktəbin direktoru Sadiq Əliyev açıq elan edərək, Xocalı Faciəsində erməni mənfurlarının törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verdi.
Çıxışdan sonra Xocalı faciəsini əks etdirən video çarxlar təqdim olundu.Daha sonra məktəbin şagirdlərin hazırladıqları ədəbi –bədii kompozisiya tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Yekunda tədbir Mübariz Tağıyevin ifasında səslənən “ Qalx, qalx, Ulu torpaq” musiqisinin sədaları altında milli qürurumuz olan üçrəngli bağrağımızın səhnəyə gətirilməsi ilə sona çatdı.