Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Ağcabədi Olimpiya İdman Kompleksində Ağcabədi və Beyləqan rayonundan olan vətəndaşları qəbul etmişdir.
13 dekabr 2019 | 11:00
13 dekabr 2019-cu il tarixdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Ağcabədi Olimpiya İdman Kompleksində Ağcabədi və Beyləqan rayonundan olan vətəndaşları qəbul etmişdir. Qəbulda 11 nəfər vətəndaş iştirak etmişdir.
Bunlardan 2 nəfər gənclər sahəsi ilə, 1 nəfər “Gənclər evi”nin tikintisi, 5 nəfər idman avadanlığının verilməsi, 1 nəfər iş ilə təminat, 2 nəfər fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı müraciət etmişdir.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir.