Nəcəfqulubəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 11 dekabr 2019-cu il tarixdə Nəcəfqulubəyli kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.
Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən icra başçısı Rafil Hüseynov ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar barədə danışdı. Bildirdi ki, dövlət başçısının yeritdiyi güclü, uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan güclü və qüdrətli ölkəyə çevrilmişdir. Ölkəmiz bu gün iqtisadi gücünə görə dünya ölkələri arasında otuz beşinci yerdə qərarlaşıb. Təkcə 2019-cu ildə aparılan sosial islahatlar xalqın həyat səviyyəsinin yaxşılaşmasında işsizliyin aradan qaldırılmasında müstəsna rol oynadı. Bütün bu sosial-iqtisadi yüksəliş həmdə ölkəmizin müharibə şəraitində baş verdiyi üçün daha böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan iqtisadi gücü ilə yanaşı hərbi gücü ilə də dünyanın qabaqcıl dövlətləri sırasındadır. Bu gün işğalda olan torpaqlarımızı hər an azad edə biləcək güclü ordumuz var. İcra başçısı həmçinin strateji əhəmiyyətə malik olan pambiqçılığın, eləcə də baramaçılığın ölkədə və rayonumuzda inkişafından danışdı.
50 milyard manatlıq büdcəsi olan Azərbaycan təkcə neft və qazı ilə yox, ölkəmizdə qurulan tranzit nəqliyyat yollarının, eləcə də qeyri-neft sektorunun inkişafı sayəsində hər il xeyli gəlir əldə edir.
İcra başçısı R.Hüseynov təhsil sahəsinə də toxundu. Bildirdi ki, oxumaq üçün məktəblə bərabər valideyn nəzarəti də güclü olmalıdır. Çalışıb dərsləri yaxşı oxuyub, geniş biliyə malik bir mütəxəssis kimi yetişməkdən ötrü bu günkü məktəblilər çox oxumalı və çalışmalıdırlar.
İcra başçısı məktəblilərə yaxşı oxumaqla bərabər ölkənin gələcəyi olan məktəblilərə peşə seçimində, eləcə də yaxşı sənətkar olmaq üçün öz məsləhət və tövsiyyələrini nəzərə çatdırdı. Səyyar görüşdə çıxış edən kənd sakinlərindən Bəhram Məmmədov, Aydın Əhmədov, Yunis Qurbanov, Bahar Qurbanova, Xəyalə Əhmədova Hümbət Məmmədov kənddə icra nümayəndəliyinin inzibati binasının olmaması, uşaq bağçası və kənd klubuna ehtyacın olduğunu vurğuladılar. Eyni zamanda Nəcəfqulubəyli kəndində iki ədəd içməli su artezianına, 50 ədəd 04 kilovatlıq, 25 ədəd 10 kilovatlıq qəza vəziyətində olan elektrik dirəklərinin dəyişdirilməsinə və 1 ədəd 200 kilovatlıq işıqlanma transformatoruna, kəndin mal qarası üçün otlaq sahəsinə, həyətyanı torpaq sahəsinə və magistiral yolda yeraltı keçid qoyulmasına ehtiyac olduğunu nəzərə çatdırdılar. Vətəndaşları diqqətlə dinləyən icra başçısı qaldırılan məsələlərin həlli üçün lazımi təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi. Yüksək işgüzar mühitdə keçən səyyar qəbul tədbir iştirakçıları olan kənd sakinləri tərəfindən yüksək razılıqla qarşılandı.