Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsünə qoşulmaqla sağlam gələcəyimizə töhfə veririk
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi ekoloji mühitin yaxşılaşdırılması istiqamətində atılan ciddi addımdır. Bu nəcib təşəbbüsə qoşulmaqla, təbiətimizə, sağlam gələcəyimizə töhfə vermiş oluruq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağcabədi rayon sakini Kəklik Əhmədova deyib.
Respublikamızda bir gündə 650 min ağacın əkilməsi ilə bağlı genişmiqyaslı aksiyaya Ağcabədi sakinlərinin böyük ruh yüksəkliyi ilə qoşulduğunu bildirən K.Əhmədova deyib: "Ağcabədi rayonu ərazisində ağac əkilməsi, yaşıllıq salınması çox böyük əhəmiyyət daşıyır. Çünki Kür-Araz ovalığında yerləşən Ağcabədi ölkəmizin isti, quraq ərazilərindəndir. Burada yaşıllıqların artırılması daha vacibdir. Odur ki, bir ağcabədili kimi bu xeyirxah aksiyada çox həvəslə iştirak edirəm".