Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Avtomobil Yol İşçilərinin peşə bayramı qeyd olunmuşdur.

23 fevral 2014 | 11:00

22 fevral 2014- cü  il  tarixdə  saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə Yol işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
   Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri düzərək, Onun əziz  xatirəsini yad etmişlər.
    Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov tədbiri açaraq avtomobil yol işçilərini bu bayram münasibətilə təbrik etmişdir. 
   Daha sonra onlara rayonun küçələrinin , digər ərazilərinin  asfaltlaşmasında və abadlıq işlərində yaxından iştirak etdikləri üçün öz dərin minnətdarlığını  bildirmişdir.
    Tədbirin sonunda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov gördüyü işlər də fərqlənən   bəzi avtomobil yol işçilərinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etmiş  və onlara rayonun abadlığında, yorulmaz fəaliyyətlərində uğurlar arzulamışdır.
   Tədbirdə 80 nəfər  iştirak  etmişdir.

Keçidlər