Şriftin ölçüsü :

Saytın rəngi :

Şənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

04 dekabr 2019 | 11:00

4 dekabr 2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.
         Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən icra başçısı Rafil Hüseynov son vaxtlar Prezident cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmışdır. Bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə qulluq edir. Rayon rəhbəri kənddə görülən təsərrüfat işləri və gələcək prespektivlərdən danışmışdır.
        Səyyar qəbulda çıxış edən kənd sakinlərindən  İsmayıl Paşayev, Leyla Əmirova, Adəm Mehdiyev və digərləri kənddə tam orta məktəbin, həkim məntəqəsinin tikintisinə, qazılmış su artezianı üçün su anbarının tikintisinə, eləcə də uzunluğu 8 kilometr olan Ağcabədi-Şənlik avtomobil yolunun asfaltlanması, kənd ərazisində 15 kilometrə qədər dren şəbəkəsinin təmizlənməsinə ehtiyacın olmasını nəzərə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən icra başçısı qeyd olunan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər