Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi tərəfindən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə tədbir keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və 8 saylı körpələr evi- uşaq bağçasınin təşkilati dəstəyi ilə həyata keçiriln tədbirdə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Nurəddin Hacıyev, DSMF Ağcabədi rayon şöbəsinin əməkdaşı Kübra Abışova, ADPU Ağcabədi filialının əməkdaşı Anar Kərimli, Ülviyyə Məmmədova,Ağcabədi Pedaqoji Kollecin əməkdaşı Yeganə Mamedova, 5 saylı tam orta məktəbin əməkdaşı Sevil Bayramova iştirak etdilər.
Tədbiri Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı açaraq ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərində daim dövlətin qayğısı ilə əhatə olunduğunu və onların bütün problemlərinin həllinin həmişə diqqət mərkəzində saxlanıldığını qeyd edərək, bildirdi ki, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğuladı.
Çıxış edən digər qonaqlar ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etdilər.
Tədbir Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin, 8 saylı körpələr evi-uşaq bağçasınin balaça fidanlarının, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə əyləncəli proqramla davam etmişdir.