Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkdaşlarının ümumtəhsil məktəblərində məruzələrlə çıxışları davam edir.

03 dekabr 2019 | 11:00

  12 dekabr – “Ümummilii Lider Heydər Əliyevin Anım günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. Plana uyğun olaraq mərkəz əməkdaşları Ağcabədi şəhər ümumtəhsil məktəblərində məruzələrlə çıxış edirlər.  Hər ay mövzusu dəyişən məruzələr dekabr ayında Dahi Liderin “Anım Gün”nə həsr olunub.
    03 dekabr 2019-cu il tarixdə M. Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə keçirilən məruzədən öncə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət “Unudulmaz Lider” adlı sərgi təşkil olunmuşdur. Sərgi ilə tanışlıqdan sonra Mərkəzin əməkdaşı Rövşanə Əliyevanın “Heydər Əliyev və Azərbaycançılıq” adlı məruzəsi dinlənilib.
    Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs edən məruzəçi bildirilmişdir ki,  azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmişdir.
   Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin vacibliyini şagirdlərin diqqətinə çatdıran məruzəçi Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
    Sonda məktəblilərin fəal iştirakı ilə diskussiya keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Keçidlər