Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı könüllülərlə görüşdü
02 .12. 2019-cu il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov "Azərbaycan Könüllülük Həftəsi çərçivəsində Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllüləri qəbul edib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib,Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini vurğuladı.
Həmçinin, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi.
Sonda Ağcabədi Rayon İcra Hakimiyyətində aktiv könüllülük fəaliyyətinə görə və "Beynəlxalq Könüllülər Günü " münasibətilə bir qrup könüllüyə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının təşəkkürü elan olundu.