Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Pedaqoji Kollecində “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qədim Milli Xalq İdman Oyunlarının gənclər arasında təbliği” mövzusunda təlim keçirmişdir

29 noyabr 2019 | 11:00

Ağcabədi Pedaqoji Kollecində keçirilən təlimdə Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov və 31 nəfər gənc iştirak etmişdir.
Tədbiri Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov açaraq, bildirdi ki, tarixi çox qədimlərə gedən, xalqımızın müxtəlif dövrlərdə adət-ənənələrini özündə yaşadan bu oyunların bəziləri nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxmışdır. Bu oyunlara Zorxananı, Alpaqutu, Milli güləşi misal göstərmək olar. Bu oyunlar üzrə Avropa və  Dünya çempionatları keçirilir. Dirədöymə, Xıy-xıy, Çalağançardagı, Nərd və Çövkən üzrə Respublika yarışları təşkil edilir. Bunlarla yanaşı bəzi oyunlar artıq unudulmaq üzrədir. Onun üçun də qədim xalq idman oyunlarımızı dərindən öyrənib və gənclər arasında təbliğ etmək lazımdır. Bu məqsədlə bölgələrdə idmançı gənclər arasında bu cür təlimlərin keçirilməsini tədqirəlayiq hal kimi qiymətləndirirəm və hesab edirəm ki, xalqımızın milli dəyərlərinin bir hissəsi olan bu oyunları yaşatmalıyıq.
Sonda söz təlimçiyə verildi. Layihənin təlimçisi Rasif Qaçayev  tədbir iştirakçılarına Milli Xalq İdma Oyunları haqqında geniş məlumat verdi.
Tədbirdə iştirak edən gəncləri maarifləndirmək məqsədilə onlara buklet paylanıldı, üzərində Fondun və Birliyin loqoları əks olunan köynəklər verildi. İştirakçılar sorğu anketlərində olan sualları cavablandırdılar. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.

Keçidlər