Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verən gənclər arasında maarifləndirmə tədbiri keçirildi

27 noyabr 2019 | 11:00

27 noyabr 2019 – cu il tarixində Ağcabədi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi filialının akt zalında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün 2019-cu il 23 dekabr Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov,, Ağcabədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov , Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi filialının direktor müavini Mahir Səlimov və 54 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişdir.

Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə dəyirmi masada çıxış edərək hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və seçkilərin azad, demokratik ,şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb. Daha sonra rəis müavini səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah edib.

Çıxış edən digər qonaqlar gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən gənclərin daha geniş sürətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibliyini iştirakçıların nəzərinə çatdırdı. Mövzu ətrafında ilk dəfə səs verən gənclərin suallarını cavablandırıldı.

Keçidlər