Ağcabədidə YAP-ın yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə YAP Ağcabədi rayom təşkilatının inzibati binasında tədbir keçirilmişdir.
İştirakçılar tədbirdən əvvəl YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov və YAP fəalları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdi.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə etdi. Məruzədə qeyd edildi ki, hazırda Yeni Azərbaucan partiyası Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da qəbul olunan nüfuzlu siyasi partiyadır. Bu siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətini davam etdirərək, həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır.
Natiq qeyd etdi ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəli ölkəmiz üçün ağır və içtimai-siyasi çətinliklərlə dolu olan vaxt idi. Həmin vaxtlar Respublikanın düşdüqyü ağır vəziyyətdən çıxarmağa qadir olan bir siyasi partiyaya ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu partiyaya rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarət və gücünə inanılan, əməli ilə sözü bir olan, Vətənini böyük bir məhəbbətlə sevən, dərin zəkaya və proqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir çətin dövrdə ölkənin 91 nəfər ziyalısı, alim və ictimai xadimi Ümummilli Lider Heydər Əliyevə müraciət edərək xalqı düşdüyü çıxılmaz vəziyyətdən qurtarmaq üçün yeni partiya yaratmağı və ona rəhbərlik etmək üçün müraciət etdilər. Ulu Öndər həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri işləyirdi.
Ziyalıların müraciətini qəbul edərək yeni siyasi partiyanın yaradılmasına razılıq verdi.
Beləliklə, 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfər partiya təəssübkeşinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirildi, Partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndər Heydər Əliyev Konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Yarandığı gündən etibarən Yeni Azərbaycan partiyası ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz Proqram və Nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Partiyanın keçdiyi siyasi yol hamınıza yaxşı məlumdur. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası siyasi cəhətdən yetkinləşən, əhalini öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.
Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mobil Məcidov, “Aran” qəzetinin redaktoru Şirxan Hüseynov, Ağcabədi şəhər 6 saylı ərazi ilk təşkilatın sədri Əli Bədəlov çıxış edərək tədbir iştirakçılarını təbrik etdilər, YAP-ın keçdiyi tarixi yol, Ulu Öndər Heydər Əliyevin ölkə və vətən qarşısında xidmətləri barədə öz mülahizələrini bölüşdülər.
Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi. Partiya işində və rayonun ictimai-siyasi həyatında fərqlənən YAP fəallarına Fəxri Fərmanlar təqdim edildi.