Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında tədbir keçirilmişdir.
19 fevral 2014-cü il tarixdə saat 11 : 00 – da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında Xocalı Soyqırımının 22- ci ildönümü ilə əlaqədar 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq , Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Gənclər Birliyi,”Qarabağ Gənclər” qrupu və rayonun ictimai - siyasi həyatında fəal olan gənclər tərəfindən hər şəhidin xatirəsinə 1 ədəd olmaqla 613 ədəd Xocalı Faciəsi ilə bağlı məktubların dünyanın müxtəlif ölkə prezidentlərinin, parlamentlərinin,senatlarının,ictimai-siyasi xadimlərinin, dünyanın tanınmış kino ulduzlarının və başqa məşhur şəxslərin elektron poçt ünvanlarına, facebook səhifələrinə göndərilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbir fevral ayının 26 – dək davam edəcəkdir.