Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi məktəbliləri ilə görüş keçirilmişdir.

16 noyabr 2019 | 11:00

 16.11.2019-cu il tarixdə  Ağcabədi Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi məktəbliləri ilə görüş keçirilmişdir.Görüşdə məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirakı etmişdir. Məktəblilərlə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulamışdır. Natiq “Ölkəmizi tanıyaq” tur-aksiyası haqında geniş məlumat verərək bildirdi ki,  tur-aksiyanın başlıca məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətməkdən və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir. Diqqətə çatdırılmışdır ki, məktəbliləri 4 gün ərzində Lənkəran -Masallı-Astara marşrutu üzrə çox maraqlı ekskursiyalar gözləyir.Şahin Məmmədov  Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, cənab Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında da geniş məlumat vermişdir.Çıxış edən ziyalılar, valideynlər və şagirdlər hər kəs tərəfindən bəyənilən “ Ölkəmizi tanıyaq” layihəsinin təşəbbüskarı olduğuna və bu şəraiti yaratdığına görə dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.Görüşdən sonra tur iştirakçıları olan məktəblilər Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdikdən sonra ağacəkmə aksiyasına qoşularaq ağac əkdilər.

 

 

 

Keçidlər