Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin yaranmasının 2 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

14 fevral 2014 | 11:00


13 fevral  2014 - cü  il tarixdə saat  10:00 –da Ağcabədi rayonu Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Ağcabədi rayon şöbəsinin yaranmasının 2 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
   Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər.
    Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş və Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “ Şəxsiyyət “sənədli filminə baxmışlar.
     Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Ağcabədi rayon şöbəsində davam etdirilmişdir.

Keçidlər