Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkaşlarının şəhər məktəblərində təşkil etdiyi məruzələr davam edir.

14 noyabr 2019 | 11:00

   10 oktyabr 2019-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin təşkilinə başlanılıb. Noyabr ayında keçirilən məruzələr 9 noyabr – Dövlət Bayrağı günü, Konstitusiya günü, Milli Dirçəliş günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr edilir.
    13 noyabr 2019-cu il tarixdə Mərkəzin əməkdaşı Rövşanə Əliyeva şəhər 9 saylı tam orta məktəbdə “Milli Dirçəliş tariximiz” və “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” adlı məruzələrlə çıxış etmişdir. 17 noyabr – Milli Dirçəliş günündən bəhs edən məruzəçi qeyd etmişdir ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.
   Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında ətraflı məlumat verən məruzəçi bildirmişdir ki, 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti ”Səs”qəzetində dərc olundu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular.
    Məruzə zamanı həmçinin, Azərbaycan bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfransın 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildiyi, təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildiyi vurğulanmışdır.
     Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

Keçidlər