Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

13 fevral 2014 | 11:00

12 fevral  2014 - cü  il tarixdə saat 10:30 -da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Evində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
    Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi  Pənah Cahangirov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzayev və Aqil Abbas iştirak etmişdir.
   Yığıncaqda rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri, sahibkarlar, fermerlər, veteranlar, gənclər və qeyri – hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.
     İlk öncə tədbir iştirakçıları və qonaqlar Mədəniyyət evinin foyesində təşkil olunmuş kənd təsərrüfatı məhsulları sərgisi və rayonun sosial –iqtisadi göstəricilərini əks etdirən fotostendlə tanış oldular.
Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açdı.Geniş məruzə ətrafında hazırlanan video görüntü  nümayiş etdirildi.
   Rayonda 2013- cü ildə görülən  işləri məruzə edən rayon rəhbəri Şahin Məmmədov hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, 9 yanvar 2014-cü il tarixdə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik ,uğurlu gələcəyə doğru inamla addımlayacayıq.
   Yığıncaqda daha sonra rayon Telekommunikasiya Qovşağının rəisi  Miriş Ağamirova, rayon Qaz İstismar sahəsinin  rəisi əvəzi  İkram Məhərrəmov, rayon Elektrik Şəbəkəsinin rəisi əvəzi Mahir Kərimov, rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov,  33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Cəfərov, rayon Suvarma Sistemləri idarəsinin rəisi Əli Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər.

Keçidlər