18 fevral üzrə vətəndaş müraciətlərinin icra vəziyyəti barədə məlumat
Ağcabədi Rayon İcra Hakimiyyətinin MOB (Müraciətlərə Operativ Baxilma) sistemi vasitəsilə 18 fevral 2026-cı il tarixində 9 vətəndaş müraciəti qeydiyyata alınmışdır ki, onlardan 5-i sosial təminat, bayram və önəmli günlərdə maddi və ərzaq yardımlarının ayrılması, 2-i pay torpaqlarının ölçülməsi və həyətyanı sahələrdə mülkiyyət mübahisələri, 1-i vəfat etmiş şəxslərin sənədlərinin rəsmiləşdirilməsi üçün hüquqi yardımın göstərilməsi, 1-i isə yaşayış məntəqələrində qanunsuz tikinti və torpaq zəbti hallarının araşdırılması ilə bağlı olmuşdur.
Daxil olan bütün müraciətlər aidiyyəti üzrə operativ şəkildə nəzarətə götürülmüş, vətəndaşlara mövcud qanunvericiliyin tələbləri ətraflı izah edilərək müraciətlərin icrası tam təmin olunmuşdur.






