Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 150 yerlik 8 saylı Körpələr evi – uşaq bağçasının açılışı olmuşdur.

12 fevral 2014 | 11:00

 11 fevral  2014 - cü  il tarixdə saat 10:00 -da Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən 150 yelik 8 saylı Körpələr evi – uşaq bağçasının  açılışı olmuşdur.
    Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev iştirak etmişdir.
    Tədbirdə 150 yelik 8 saylı Körpələr evi – uşaq bağçasının  müdiri Xavər Novruzova, bağçanın əməkdaşı Sarıgül Qurbanova və  I qrup Qarabağ Müharibəsi əlili, valideyn Ramil Nağıyev çıxış edərək bu gün ki, açılış  münasibəti ilə hər kəsi təbrik etmişlər və bildirmişlər ki, balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıqlarla, o cümlədən oyuncaqlarla təchiz edilmiş bu müasir, gözəl Körpələr evi – uşaq bağçası körpələrin, uşaqların daha yaxşı  inkişafına, hərtərəfli və sağlam böyümələrinə lazımi şərait yaradacaqdır.
    Daha sonra çıxış edənlər  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
    Açılış mərasimində  çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə həm gözəlliyi, həm də müasir tələblərə cavab verən Körpələr evi – uşaq bağçasının açılışı münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi.  Rayon rəhbəri bildirdi ki, sizlərə də bəlli olduğu kimi, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlər öz sözünü dünyada  deyən güclü bir dövlətdir. Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan  inkişaf strategiyası cənab Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın inkişafı  təkcə beynəlxalq arenada deyil, regionlarda aparılan yenidənqurmalarla özünü bürizə verir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ağcabədi rayonuna xüsusi gözəllik verən, uşaqların mənalı istirahətinin təşkilinə, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılmasına xidmət göstərəcək  bugün açılışını etdiyimiz 8 saylı Körpələr evi – uşaq bağçası   dövlət rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir.
    Tədbir  Şəhər Ü.Hacıbəyli adına İncəsənət Məktəbinin hazırladıqları musiqi proqramı davam etdirildi və yekunda körpələr evi-uşaq bağçasında yaradılan şəraitə baxış keçirilmişdir.
    Tədbirdə 350  nəfər iştirak etmişdir.

Keçidlər