Şriftin ölçüsü :

Saytın rəngi :

“İnteqrasiya olunmuş sosial xidmətlər” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

28 oktyabr 2019 | 11:00

Sosial xidmətlərin, xüsusilə uşaqlar və ailələr üçün kompleks sosial xidmət modelinin sınaqdan keçirilməsi məqsədilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Avropa İttifqı, UNİCEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcəbədi rayonunda “İnteqrasiya olunmuş sosial xidmətlər” pilot layihəsi icra edilir.
      Layihə çərçivəsində peşəkar sosial iş xidməti, o cümlədən “autriç” vasitəsilə ailələrə səyyar sosial iş xidməti, göndəriş mexanizmi, uşaq müdafiəsi üzrə yerli əlaqələndirmə şurası, inkişaf geriliyi və əlilliyi olan uşaqlara sosial reabilitasiya xidməti, baxımsız və sosial təhlükəli vəziyyətdə olan (zorakılığa məruz qalan, cinayət hadisələrinin şahidi olan, deviant davranışlı, küçədə işləyən və ya yaşayan, hüquq pozuntusu törədən, mülki xarakterli məhkəmə işlərində birbaşa və ya dolayısı ilə iştirak edən) uşaqların sosial reabilitasiyası xidməti mövcuddur.
     Layihənin əsas məqsədi sosial iş əsasında uşaqlara və ailələrə onların ehitayaclarına müvafiq olaraq sosial müdafiə xidmətlərinin kompleks və əlaqələndirilmiş formada, beynəlxalq standartlar əsasında göstərilməsi, xidmətlərin nəticələrinin davamlı monitorinqi və təhlili, sosial müdafiə komponentləri, uşaq hüquqları, erkən uşaq dövrünün inkişafı, əlillik və s. mövzularda əhalinin məlumatlandırılmasından ibarətdir. Layihənin ilkin nəticələri çətin həyat şəraitində yaşayan şəxslərə və ailələrə icma-əsaslı sosial xidmətlərin göstərilməsinin səmərəliliyini sübut etməklə yanaşı, bu sahədə aidiyyəti dövlət qurumları və digər təşkilatların iştirakının təmin edilməsi ilə sosial hüquqların qorunmasında icmanın dəstəyinin vacibliyini göstərir.
     Bu məqsədlə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə layihə çərçivəsində fəaliyyət göstərən “ Baxımsız və sosial təhlükəli vəziyətdə olan uşaqlar üçün sosial xidmətlər mərkəzi” və “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzi”nə cəlb olunan uşaqların valideynləri üçün sosial müdafiə sahəsində hüquqlara dair məlumatlandırma tədbiri təşkil olunub.    Tədbirdə DSMF-nin Ağcabədi rayon şöbəsinin əməkdaşları iştirakçılara sosial təminat sistemi barədə məlumat veriblər. Sonra sosial təminat növlərinin, habelə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün qanunvericilikdən irəli gələn şərtlər, sosial yardım üçün e-qaydada müraciət olunması proseduru, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb edilmə və s. barədə valideynlərin sualları cavablandırılıb.

 

Keçidlər