Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində şagirdimiz Fəxri Fərmanla təltif olundu.

28 oktyabr 2019 | 11:00

Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Xocavənd kənd Uşaq Musiqi məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Uşaq və Gənclər arasında Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində uğurlu çıxışına görə Ağcabədi rayon Xocavənd kənd Uşaq Musiqi məktəbinin şagirdi Novruzlu İlqar Elman oğluna Nazirlik tərəfindən Fəxri Fərman təqdim olunması münasibətilə təqdimat mərasimi keçirilmişdir. Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə xanım Məmmədova, Regional Mədəniyyət idarəsinin məsləhətçisi Ədil Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti xanım Musayeva, "Aran" qəzetinin işçisi Adil Əhmədov, məktəbinin müəllimləri və valideynlərin iştirak etdiyi mərasimdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev tərəfindən Novruzlu İlqar Elman oğluna və onun konsertmestrinə Əliyeva Nərmin Saleh qızına, hər iki şagirdin müəllimi, məktəbin direktoru Ağayev İbadət Qurban oğluna, Niyazova Sevinc Yaqub qızına Regional İdarənin Fəxri Fərmanı təqdim edilmişdir. Həmçinin Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti xanım Müsayeva Mərkəzin adından müsabiqənin iştirakçılarına Fəxri Fərman təqdim etmişdir.

Keçidlər