Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Qarabağ Azərbaycandır!” flaşmobu keçirilib.

21 oktyabr 2019 | 11:00

19 oktyabr 2019-cu il tarixində Ağcabədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Gənclər Birliyi və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı flashmob keçirilib.
500-ə yaxın gənc YAP fəallarının iştirakı ilə Heydər Əliyev meydanında keçirilən flaşmobda gənclər oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən VALDAİ diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qətiyyətli cavabına öz dəstəklərini bildiriblər.
Meydanda uzunluğu 16 metr, eni 8 metr olan müqəddəs üçrəngli bayrağımız gənclərin çiyinləri üzərində dalğalandırılıb. Gənclərin keçirdiyi flaşmob ətrafdakı insanların böyük marağına səbəb olub.

Flaşmobun videosunu İzlə 

 

Keçidlər