Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU – nun Ağcabədi filialında 18 oktyabr Müstəqillik günü ilə bağlı elmi-praktik konfrans keçirildi.

18 oktyabr 2019 | 11:00

18 Oktyabr 2019 – cu il tarixdə ADPU – nun Ağcabədi filialında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” mövzusunda elmi – praktik konfrans keçirildi. Konfransda filialın professor – müəllim heyəti, pedaqoji fakültənin tələbələri və Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai – siyasi və Hümanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev iştirak edirdi.Konfransı giriş sözü ilə filialın tədris və elmi işlər üzrə drektor müavini, dosent Seymur Süleymanov açdı.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Dos.S.Süleymanov konfrans iştirakçılarının gündəliklə tanış etdi. Sonra “Heydər Əliyev Müstəqil Azərbaycanın Dövlətinin memarıdır” mövzusunda dosent Mahir Səlimov, “Müstəqil Azərbaycan Dövləti Beynəlxalq aləmdə “ mövzusunda dosent Məhəmməd Hüseynov, “Milli təhsilimiz müstəqillik dövründə” mövzusunda dosent Tahir Kərimli, “Azərbaycan elmi müstəqilik illərində” mövzusunda dosent Sahib Zeynalov məruzə etdi.Sonda çıxış üçün söz Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai- siyasi və Hümanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyevə verildi. O konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.

Keçidlər