Ağcabədi rayonunda Gənclər Günü qeyd olunmuşdur.
1 fevral 2014 - cü il tarixdə saat 11:00 -da Ağcabədi Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin qarşısında və Y.Məmmədov adına rayon Mədəniyyət Evində " 02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etmişdilər.
Daha sonra tədbir Y.Məmmədov adına rayon Mədəniyyət Evində davam etdirilmişdir.
Tədbir açıq elan edilməmişdən öncə tədbir iştirakçıları məhz bu günün qeyd olunmasının banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişdilər.
Sonra tədbir açıq elan edilərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev məruzə ilə çıxış etmişdir. Daha sonra məruzə ətrafında YAP rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Nicat Axundov, Heydər Əliyev Mərkəzinin baş mühafizi, gənc şairə Məhsəti Musa və digər çıxış edənlər bu günü əhəmiyyətindən və görülən işlərdən danışmışdılar.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək, 2 Fevral - Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafı, qorunması üçün hər zaman vətənə layiqli vətəndaş olmağı arzulamışdır. Rayon rəhbəri bildirdi ki, bu gün 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 01 fevral 1997- ci ildə təsdiq olunmuş Fərman ilə əsası qoyulan bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur ki, indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Hər zaman Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davmçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunələrindən biri 2011- ci ildə “Azərbaycan Gəncliyi 2011-2015 – ci illərdə “ Dövlət Proqramının təsdiq olunması və həyata keçirilməsi barədə görülən işlərdir. Rayon rəhbəri bir daha gəncləri təbrik etmiş, onlara ictimai –siyasi fəaliyyətlərində uğurlar arzulamışdır.
"02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə beynəlxalq və respublika yarışlarında qalib gəlmiş gənclərə rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Yekunda Rayon Mədəniyyət və Turizm şöbəsinin gənc istedadlıların iştirakı ilə hazırladıqları əyləncəli konsert proqramı nümayiş etdirilmişdir.
Tədbirdə 350 nəfər iştirak etmişdir.