Müstəqillik günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında müsabiqə keçirilib.
“18 oktyabr - Müstəqillik günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən silsilə tədbirlərin keçirilməsi davam edir. Tədbirlərin davamı olaraq 16 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər ümumtəhsil məktəbləri arasında “Müstəqillik tariximizi necə bilirik” adlı bilik yarışı keçirildi.
Öncə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva Müstəqillik günü ilə əlaqədar Mərkəzdə təşkil olunan tədbirlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu gün keçirilən bilik yarışı dövlət müstəqilliyi tariximizin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin qorunması üçün atdığı addımların, uğurlu siyasətinin öyrənilməsi, gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.
Ağcabədi şəhər ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərinin iştirak etdiyi yarışda suallar məktəblilər tərəfindən fərdi şəkildə cavablandırıldı. Yarışın sonunda münsiflər heyəti tərəfindən yoxlanılan cavabların nəticələrinə əsasən C. İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin şagirdləri Kərimli Elcan Anar oğlu I yer, Fətəliyev Ramiz Ədalət oğlu isə II yeri qazandılar. III yerin qalibləri isə eyni nəticə ilə şəhər 1 saylı tam orta məktəbin şagirdi Əsgərli Bəhram Fuad oğlu və Ə.Alıyev adına şəhər 12 saylı məktəbin şagirdi Mamedova Nəzrin İmran qızı oldular.
Qaliblər Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən mükafatlandırılacaqlar