Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti tədbir keçirildi.
11 oktyabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və “Nəsimi İli” ilə əlaqədar olaraq növbəti tədbir keçirildi. Öncə Mərkəzin dikrektoru Məhsəti Ağayeva çıxış edərək böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Mədəniyyət işçisi, AYB-nin üzvü, şair Gündüz Sevindik İ.Nəsimi yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirmişdir ki, şairin yaradıcılığında insanın böyüklüyü, idrak anlayışı, insanın özünüdərki xüsusi yer tutur.
Sonra Ağcabədi şəhər 1 saylı tam orta məktəbi, şəhər 6 saylı tam orta məktəbi, M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyi və O.Mirzəyev adına Aran kənd 2 saylı ümumorta məktəbinin şagirdləri dahi şair İmadəddin Nəsiminin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Daha sonra dahi şairin həyatından bəhs edən film nümayiş etdirildi.
Sonda 07 oktyabr 2019-cu il tarixdə məktəblilər arasında keçirilən “Nəsimi – 650” adlı ədəbi-bədii kompozisiya müsabiqəsində yer tutmuş məktəblərə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin diplomları təqdim olundu. Qeyd edək ki, həmin müsabiqədə I yeri Ağcabədi şəhər 1 saylı tam orta məktəbi, II yeri şəhər 6 saylı tam orta məktəbi, III yerləri isə O.Mirəyev adına Aran kənd 2 saylı ümumorta məktəbi və M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyi qazanmışdır.