Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabatı dinlənilmişdir.

01 fevral 2014 | 11:00

   31 yanvar 2014- cü il tarixdə saat 15:00 –da Y.Məmmədov adına Rayon Mədəniyyət Evində Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyevin 2013- cü ilin yekunları və 2014- cü ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabatı keçirilmişdir.
   Toplantıda şəhər icra nümayəndəsi Aqil  Əliyevin hesabat məruzəsi dinlənilmişdir. Məruzədə Ağcabədi şəhər inzibati ərazi dairəsi nümayəndəliyinin  ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilmişdir.
   Şəhər icra nümayəndəsi Aqil  Əliyev bildirmişdir ki, hesabat ilində Ağcabədi şəhərində geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Ağcabədi şəhər inzibati ərazi dairəsində tikinti və abadlıq işləri uğurla davam etdirilmişdir.
  2013-cü ilin ağcabədililər üçün əlamətdar olduğunu deyən məruzəçi qeyd etmişdirki, Prezident İlham Əliyev ötən il Ağcabədiyə səfər edərək Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının, 205 çarpayılıq xəstəxananın, “Aqat Aqro” MMC-nin heyvandarlıq kompleksinin və Gənclər Mərkəzinin açılışını etmiş, rayonda gedən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişdir. Dövlət başçısının Sərəncamı ilə 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır.
   Məlumat verilmişdir ki, 150 yerlik uşaq bağçasının inşası başa çatdırılmış, Heydər Əliyev prospektindəki yaşayış binaları əsaslı təmir edilmişdir. Şəhərin prospekt və küçələrində 55 min 720 kvadratmetr asfalt, 2175 metr səki salınmış, 1520 kvadratmetr hasar hörülmüş, yeni işıq dirəkləri quraşdırılmışdlr. Hazırda Olimpiya İdman Kompleksinin və çörək zavodunun tikintisi davam etdirilir.
   Yığıncaqda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bölgələrə göstərilən diqqət və qayğıdan, rayonda gedən sosial-iqtisadi inkişafdan danışmış, tövsiyələrini vermişdir.
   Məruzə və çıxışlarda problemlərdən də danışılmış, onların aradan qaldırılması yolları göstərilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Bildirilmişdir ki, 2014-cü ildə Ağcabədi şəhərində tikinti-quruculuq işləri davam etdiriləcək, yaşayış binaları əsaslı təmir olunacaq, prospekt və küçələrdə yenidənqurma və abadlıq işləri aparılacaq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaqdır.

Keçidlər