Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” qeyd edildi.

01 oktyabr 2019 | 11:00

  "Nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmət və ehtirama layiqdirlər. Əzəl başdan türkün  süfrəsində ağsaqqal, ağbirçək xeyir duası olub. Onların həyat təcrübəsindən, müdrik kəlamlarından bəhrələnən  nəsillər sevgi, mərhəmət hissi ilə  əhatə olunublar.  Bu gün də ağsaqqal, ağbirçək məsləhətinə böyük hörmət və ehtiramla yanaşılır" fikirlərini deyən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva  01.10.2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti və ƏƏSMN-nin Ağcabədi rayon şöbəsinin birgə təşkil etdiyi tədbirdə ahıllarımızı salamlayaraq bildirdi ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.Ölkəmizdə 1993-cü ildən Beynəlxalq Ahıllar gününün qeyd olunması ulu öndər Heydər Əliyevin ahıl insanlara göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. Sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyev də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirir.
  ƏƏSMN-nin Ağcabədi rayon şöbəsində təşkil olunmuş bayram süfrəsi ətrafında keçən maraqlı söhbətlər ahıl insanlara fərəhli anlar yaşatdı və  ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirərək, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər