Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Gənclər və İdman idarəsinin təşkilatı dəstəyi ilə “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Təmas xəttində yaşayan gənclərin seçkilərdə fəallığının artırılması” mövzusunda ikinci təlimini keçirdi.

30 sentyabr 2019 | 11:00

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ikinci təlimini 28 sentyabr 2019-cu il tarixində Ağcabədi Gənclər Mərkəzində keçirdi.Təlimdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi Bünyadov Cavid Rəhman oğlu, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Bayramov Rövşən Ərşad oğlu və 30 nəfərə yaxın gənc iştirak etmişdir.Tədbiri Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi Bünyadov Cavid Rəhman oğlu açaraq iştirakçılara layihə haqqında geniş məlumat verdi. Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Bayramov Rövşən Ərşad oğlu da layihənin aktuallığını qeyd etməklə yanaşı, bildirdi ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin seçkilərdə iştirakının əhəmiyyətli olduğunu və hər bir kəsin seçki hüququndan istifadə edərək öz seçimlərini etmələri qeyd olundu. O, gənclərimizin, xüsusilə ilk dəfə səs verən gənclərin daha geniş surətdə seçkilərə cəlb olunması üçün onların maariflənməsinə, daha çox biliklərə yiyələnməsinə, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsinə ehtiyac olduğunu vurğuladı və bildirdi ki, hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini başa düşməlidir.Sonda söz təlimçiyə verildi. Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına seçkilərlə bağlı geniş məlumat verdi. Eyni zamanda gənclərin maarifləndirməklə yanaşı, onların faydalı vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda yaxından iştirak etmələri də vurğuladı.Tədbirdə iştirak edən gənclərə buklet, flayer və slayd disklər paylanıldı. İştirakçılara mövzu ilə bağlı sualların ünvanlandığı sorğu vərəqələri verildi və onlar bu sorğuda olan sualları cavablandırildı. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı. Daha sonra isə çay süfrəsi ətrafında mövzu ilə bağlı

Keçidlər